Bank Of Baku

Azərbaycanın iqtisadi inkişaf naziri UNİCEF-in elmi tədqiqatçısı ilə görüşüb

Azərbaycanın iqtisadi inkişaf naziri UNİCEF-in elmi tədqiqatçısı ilə görüşüb
# 13 iyun 2007 16:04 (UTC +04:00)
â…¦Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev Bakıda səfərdə olan UNİCEF-in elmi tədqiqatçısı, Florensiya Universitetinin professoru Covanni Andrea Kornia ilə görüşüb. İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə yüksək ixtisaslı kadr hazırlığı istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini, bu il 100-ə yaxın azərbaycanlı gəncin dünyanın ararıcı universitetlərində təhsil almaq imkanı əldə edəcəyini bildirib. Nazirin sözlərinə görə, 2008-ci ildə bu göstəricinin 1000 nəfərə çatdırılacağı gözlənilir.
A.Kornia Azərbaycanın Avropaya inteqrasiyası, təhsilin inkişafına dövlət qayğısının artırılması istiqamətində görülən işləri maraqla izlədiyini, təhsilin əsas investisiya sahələrindən olmasından razılığını ifadə edib. Görüşdə qeyd olunub ki, Qazaxıstanda 6-15 və 15-19 yaşlı uşaqlar arasında tədqiqatlar ararılıb və onların təhsilə meyllik səviyyəsi müəyyən edilib. UNİCEF-in xətti ilə Azərbaycanda da belə tədqiqatların ararılması məqsədə uyğun hesab olunur. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR