Bank Of Baku

Xaçmaz şəhərinin girəcəyindəki körpü təmir edilir

Xaçmaz şəhərinin girəcəyindəki körpü təmir edilir
# 14 iyun 2007 13:01 (UTC +04:00)
Gəndab-Yalama yolunun 14-cü kilometrliyində - Xaçmaz şəhərinin girəcəyindəki Vəlvələ çayının üzərində çökən körpünü Nəqliyyat Nazirliyinin 64 saylı yol-körpü istismar idarəsi təmir edir. Bərpa işlərinə 35 nəfər fəhlə cəlb edilib. Xaçmaz Rayon İcra Hakimiyyətindən APA-nın şimal bürosuna verilən xəbərə görə, körpünün dirəklərindən biri artıq tam yararlı hala gətirilib. Təmir-bərpa işlərinin daha bir neçə gün davam edəcəyi bildirilir.
Qeyd edək ki, iyunun 6-da axşam saatlarında körpünün 40 santimetr çökməsi müşahidə olunub. Hadisədən dərhal sonra magistralda nəqliyyatın hərəkəti dayandırılıb. Hazırda avtomobillər körpünü yan keçməklə hərəkət edirlər. Yerli mütəxəssislər hadisəyə səbəb kimi Vəlvələ çayında bir neçə daş karxanasının yerləşməsini göstərirlər. Onların qənaətincə, çayın məcrasındakı daş ehtiyatından normadan artıq istifadə edilməsi ucbatından körpünü saxlayan dirəklərin ətrafı boşalıb və məlum hadisə baş verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR