Bank Of Baku

Tərtərdə Qarabağ əlilləri və veteranları üçün 16 mənzilli bina inşa olunub

Tərtərdə Qarabağ əlilləri və veteranları üçün 16 mənzilli bina inşa olunub
# 14 iyun 2007 15:55 (UTC +04:00)
Tərtərdə Qarabağ əlilləri və veteranları üçün inşa olunmuş 16 mənzilli binanın təqdim etmə mərasimi keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, yeni mənzillərin orderləri ən ağır sosial şəraitdə yaşayan əlillərə və veteranlara təqdim olunub. Tərtər Rayon İcra hakimiyyətinin başçısı Vidadi İsayevin APA-ya verdiyi məlumata görə, bu il ərzində Tərtərdə 75 Qarabağ əlili və müharibə veteranı mənzillə təmin olunub. Yeni mənzilə köçənlərə qaz plitəsi hədiyyə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR