Bank Of Baku

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi 10 min məcburi köçkünə qurbanlıq əti paylayıb

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi 10 min məcburi köçkünə qurbanlıq əti paylayıb
# 15 iyun 2007 12:57 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi 10 min məcburi köçkünə qurbanlıq əti paylayıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon İcra Hakimiyyətinin ictimai əlaqələr şöbəsinin müdiri İlham Əsgərov məlumat verib. Bu gün səhər saatlarından başlayaraq İslam İnkişaf Bankının xətti ilə “Qurbanlıq ətindən istifadə proqramı” çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin birinci katibi konsul Fəth-Əs-Saqrın iştirakı ilə 5000 ədəd qurbanlıqdan ibarət humanitar yardım Sabirabadda 3650, Saatlıda 2650 və İmişlidə 3750 ümumilikdə bu rayonlarda məskunlaşan 10 min məcburi köçkün ailəsinə paylanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR