Bank Of Baku

Masallıda narkomaniya ilə bağlı elmi-praktik konfrans keçirilib

Masallıda narkomaniya ilə bağlı elmi-praktik konfrans keçirilib
# 16 iyun 2007 11:16 (UTC +04:00)
Masallıda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu Rayon İcra Hakimiyyəti (RİH) ilə birlikdə narkomaniya ilə mübarizəyə həsr edilmiş elmi-praktik konfrans keçirib. APA-nın cənub bürosunun məlumatına görə, hüquq-mühafizə orqanları, səhiyyə və gənclər təşkilatları nümayəndələrinin, yerli bələdiyyə qurumları rəhbərlərinin qatıldığı tədbirdə narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı son dövrlərdə rayonda görülən işlər barədə danışılıb. İşçi Qrupunun rəhbəri İsrafil Əliyev narkomaniya ilə mübarizədə valideynlərin, məktəblərin və cəmiyyətin birgə fəaliyyətinin daha səmərəli olduğunu vurğulayaraq, ölkə rəhbərliyinin yeniyetmələrin və gənclərin sağlam həyat tərzi keçirmələri üçün rayonlarda idman komplekslərinin, qurğularının tikintisinə böyük diqqət yetirdiyini qeyd edib. Sonda konfrans iştirakçılarını sualları cavablandırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR