Bank Of Baku

Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin məbləği artırıla bilər

Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin məbləği artırıla bilər
# 18 iyun 2007 10:47 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Dövlət Yol Polis İdarəsi Milli Məclisin qarşısında yol hərəkəti qaydalarının pozulması halları ilə bağlı cərimələrin həddən artıq az olması barədə məsələ qaldırıb. APA-nın məlumatına görə, daxili işlər nazirin müavini Oruc Zalov jurnalistlərə bildirib ki, cərimə məbləğinin az olması intizamsız sürücülərin təkrarən yol-hərəkət qaydalarını pozması ilə nəticələnir: “Biz istəyirik ki, vəziyyət elə həddə çatsın ki, insanlar ondan nəticə çıxara bilsinlər. Bu məsələ məvaciblərə, insanların hazırkı dolanışıq vəziyyətinə uyğun gəlməlidir”. Nazir müavini jurnalistlərin sualına cavab olaraq bildirib ki, yaxın günlərdə daxili işlər orqanlarının əməkdaşlarının maaşlarının artırılması nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR