Bank Of Baku

Neft layihələrində iştirak edən bəzi xarici şirkətlər qanunsuz əmək miqrasiyası ilə məşğul olur

Neft layihələrində iştirak edən bəzi xarici şirkətlər qanunsuz əmək miqrasiyası ilə məşğul olur
# 18 iyun 2007 13:41 (UTC +04:00)
“Azərbaycanda həyata keçirilən neft layihələrində iştirak edən bəzi xarici şirkət və nümayəndəliklər ölkədə qanunsuz əmək miqrasiyası fəaliyyətləri ilə məşğul olur. Həmin qurumlar azərbaycanlı işçiləri Rusiya, Qazaxıstan və digər dövlətlərə işləməyə göndərərkən “Əmək miqrasiyası haqqında” qanuna əməl etmirlər”. Bu sözləri APA-ya Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı deyib. Hüquq müdafiəçisi bildirib ki, “Əmək miqrasiyası haqqında” qanuna əsasən, müəssisə, təşkilat və digər hüquqi şəxslər xarici ölkəyə əmək fəaliyyəti ilə məşğul olmağa göndərdiyi yerli işçiləri müvafiq icra hakimiyyəti orqanının Miqrasiya Xidmətində qeydə aldırmağa borcludur. Şirkətin nizamnaməsində bu fəaliyyətlə məşğul olması göstərilməli və Azərbaycanın Ədliyyə Nazirliyində qeydə alınmalıdır. Xarici ölkələrə işləməyə aparılan işçilər onları göndərən xarici şirkətlər tərəfindən həmin ölkədə fəaliyyət göstərən Azərbaycanın səfirliklərində və ya konsulluqlarında qeydiyyatdan keçməlidirlər: “Qanunsuz əmək miqrasiyası ilə məşğul olarkən şirkətlər işçilərin hüquqlarının pozulması hallarına yol verir. Məsələn, əməkçi miqrantlarla əmək müqaviləsi bağlanmır, əmək müqaviləsi Azərbaycanda bağlansa da, Əmək Məcəlləsinə uyğun tərtib olunmur, işçilərlə eyni işə görə iki, bəzən üç müxtəlif tipli əmək müqaviləsi bağlanır. Əmək müqaviləsi bağlayan şirkətlər işçilərlə əlaqədar baş verən bədbəxt hadisələrə görə məsuliyyətdən qaçır, işçilərin ezamiyyət xərcləri qanunvericiliyə uyğun ödənmir, normadan artıq iş saatlarına görə ödənişlər Əmək Məcəlləsinə uyğun aparılmır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR