Bank Of Baku

Şadlıq evlərində və restoranlarda saxta fonoqramlarla bağlı monitorinqlər keçiriləcək

Şadlıq evlərində və restoranlarda saxta fonoqramlarla bağlı monitorinqlər keçiriləcək
# 18 iyun 2007 15:09 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti şadlıq evlərində və restoranlarda saxta fonoqramlarla bağlı monitorinqlər keçirəcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Xidmətinin rəhbəri Xaliq Məmmədov məlumat verib: “Bu gün restoran və şadlıq evlərinin çoxlarında ora gələnlərə canlı musiqi əvəzinə fonoqramlar təqdim olunur. Halbuki həmin məkanlarda canlı musiqilərin verilməsi barədə elanlar verilir. Bu, insanların əsəblərinə toxunur. Bu problemlərlə bağlı tərəfimizdən araşdırılma aparılır”. X. Məmmədov bildirib ki, sentyabrdan etibarən müvafiq dövlət qurumlarının iştirakı ilə istehlak bazarında davamlı monitorinqlərin və araşdırmaların aparılması nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR