Bank Of Baku

Şəkidə “Sənətkarlar günü” keçiriləcək

Şəkidə “Sənətkarlar günü” keçiriləcək
# 19 iyun 2007 08:41 (UTC +04:00)
İyunun 23-də Şəkidə “Sənətkarlar günü” adlı bayram keçiriləcək. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki Rayon İcra Hakimiyyəti (RİH) başçısının mədəniyyət və təhsil məsələləri üzrə müavini Zərinə Cavadova məlumat verib. Onun sözlərinə görə, tədbirin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyi ilə Şəki RİH-dir. Tədbirin keçirilməsində məqsəd tarixən mövcud olan sənət sahələrini qoruyub saxlamaq, gənc nəsildə bu sahəyə maraq oyatmaq və turizmi inkişaf etdirməkdir. Bayram tədbirində Azərbaycanda fəaliyyət göstərən bir sıra ölkələrin, o cümlədən Rusiya, Özbəkistan, Hindistan, Cənubi Koreya, Polşa, Bolqarıstan, Misir, Səudiyyə Ərəbistanı, Çin, Litva və Türkiyə səfirliklərindən nümayəndələr iştirak edəcək. Bayram tədbiri zamanı qonaqlar “Sənətkarlar evi”nin açılış mərasimində iştirak edəcək, bayram günü təşkil olunacaq satış yarmarkasında sənət nümunələri ilə tanış olacaqlar. Z. Cavadovanın sözlərinə görə, iyunun 23-də keçiriləcək “Sənətkarlar günü” konsert proqramı və atəşfəşanlıqla sona yetəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR