Bank Of Baku

Goranboy rayonunda kompüter kursları təşkil edilib

Goranboy rayonunda kompüter kursları təşkil edilib
# 19 iyun 2007 11:53 (UTC +04:00)
Regionlarda informasiya geriliyinin aradan qaldırılması məqsədi ilə 2006-2007-ci dərs ilində məktəblilərin tətili günlərində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Goranboy Rayon İcra Hakimiyyəti və Təhsil şöbəsi, AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə birlikdə Goranboy rayonunda kompüter kursları təşkil edilib. Bu barədə APA-ya AMEA-nın elmi informasiya şöbəsindən məlumat verilib. Məlumata görə, AMEA İnformasiya Texnologiyaları İnstitutunun bir qrup əməkdaşı məktəblilərin tətil günlərində Goranboy rayonuna ezam olunub. Goranboy şəhər 2 saylı, Qaşaltı, Qaraqoyunlu və Goranlı kənd orta məktəblərində informatika müəllimləri üçün xüsusi proqram əsasında kompüter tədris kursları keçirilib. Tədris prosesinə rayonun 69 orta ümumtəhsil məktəblərinin informatika müəllimləri cəlb edilib. Dərslər müasir fərdi kompüterlərlə təchiz olunmuş və İnternetə çıxışı olan kompüter siniflərində keçirilib. Kursların sonunda müəllimlərin biliyi test imtahanları vasitəsilə yoxlanılıb və “Ən yaxşı informatika müəllimi” müsabiqəsi keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR