Bank Of Baku

Yaponiya Azərbaycandakı məcburi köçkünlərə 100 min ABŞ dolları məbləğində yardım ayırıb

Yaponiya Azərbaycandakı məcburi köçkünlərə 100 min ABŞ dolları məbləğində yardım ayırıb
# 20 iyun 2007 11:13 (UTC +04:00)
Yaponiya hökuməti Azərbaycandakı məcburi köçkünlərə yardım etmək üçün 100 min ABŞ dolları məbləğində vəsait ayırıb. BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Azərbaycan üzrə nümayəndəliyindən APA-ya verilən məlumata görə, 1994-2006-cı illər ərzində Yaponiya hökuməti ÜƏP-in xətti ilə Azərbaycandakı məcburi köçkünlərə ümumi dəyəri 107 milyon ABŞ dolları olan 141 min ton ərzaq yardımı edib. Məlumatda ÜƏP-in dünyadakı fəaliyyətinə də diqqət çəkilib: “Ümumdünya Ərzaq Proqramı dünyanın ən iri humanitar təşkilatıdır və hər il dünyanın 80 yoxsul ölkəsində orta hesabla 90 milyon insana, o cümlədən 58 milyon aclıqdan əziyyət çəkən uşağa ərzaq yardımı edir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR