Bank Of Baku

BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşib

BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşib
# 20 iyun 2007 11:37 (UTC +04:00)
“BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyi ildə 154 min insana yardım edir. Ancaq qurum son iki il ərzində 67 faizlik maliyyə kəsiri ilə üzləşib. Əgər donorlar tərəfindən dəstək olmasa, təşkilat Azərbaycandakı fəaliyyətini dayandırmaq məcburiyyətində qala bilər”. APA-nın məlumatına görə, bu açıqlamanı BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycan üzrə direktorluğunun rəhbəri Linn Miller verib. Xanım L. Miller bildirib ki, onlar Azərbaycan hökumətinin qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işləri müsbət qiymətləndirir. O, Azərbaycanda köməyə ehtiyacı olan insanların az olmadığını deyib: “Hökumət məcburi köçkünlərə böyük qayğı göstərir. Hesab edirik ki, Azərbaycanın iqtisadiyyatı gücləndikcə, Ümumdünya Ərzaq Proqramının üzərinə düşən məsuliyyət azalacaq və layihələrin bir qismi Azərbaycan hökuməti tərəfindən həyata keçiriləcək. Amma keçid mərhələsində donorların maliyyə yardımı tam dayandırılmamalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR