Bank Of Baku

Filarmoniyada Ümumdünya Qaçqınlar Günü qeyd olunub

Filarmoniyada Ümumdünya Qaçqınlar Günü qeyd olunub
# 21 iyun 2007 08:13 (UTC +04:00)
20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığının (BMT QAK) Bakı nümayəndəliyi və Qaçqın və Məcburi Köçkünlərın İşləri üzrə Dövlət Komitəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tədbir keçirib. APA-nın məlumatına görə, BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Uilyam Tol bildirib ki, dünyada 10 milyona yaxın qaçqın və 24,5 milyon məcburi köçkün var. Azərbaycanın qaçqın və məcburi köçkünlərin ölkə vətəndaşlarının adam başına düşən payına görə aparıcı yerlərdən birində olduğunu deyən Tol bu kateqoriya insanların cəmiyyətə naturalizasiya prosesinin müsbət templərlə getdiyini deyib.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, qaçqın problemi dünyanın 45 ölkəsini əhatə edir. O, 15 il ərzində Azərbaycanda 100-ə qədər humanitar təşkilatın, hazırda isə 72 təşkilatın fəaliyyət göstərdiyini deyib. Ə. Həsənovun sözlərinə görə, 15 ildə müxtəlif təşkilatlar tərəfindən Azərbaycan 700 milyon dollar dəyərində humanitar yardım edilib. Tədbirin sonunda Qarabağdan olan məcburi köçkünlər, Ermənistan və Çeçenistandan olan qaçqınların ifasında konsert, həmçinin qaçqın və məcburi köçkün uşaqların rəsm əsərlərinin sərgisi keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR