Bank Of Baku

Naxçıvanda “Azərbaycan kənd investisiya layihəsi” çərçivəsində daha 4 icma layihəsinin icrasına başlanacaq

Naxçıvanda “Azərbaycan kənd investisiya layihəsi” çərçivəsində daha 4 icma layihəsinin icrasına başlanacaq
# 21 iyun 2007 10:31 (UTC +04:00)
Naxçıvanda “Azərbaycan kənd investisiya layihəsi” çərçivəsində daha 4 müxtəlif icma layihəsinin icrasına başlanacaq. APA-nın Naxçıvan bürosunun məlumatına görə, layihələrin icrası ilə əlaqədar artıq tender elan edilib. Naxçıvan Regional Əməliyyatlar Ofisinin rəhbəri Əbülfət Əhmədov Muxtar Respublikanın ayrı-ayrı rayonlarını əhatə etməklə daha 4 kənd üzrə İcma Layihə Komitələrinin (İLK) hazırladığı layihələrin artıq bəyənildiyini, bununla bağlı tenderdə iştirakda marağı olan hüquqi və fiziki şəxslərin sənədlərinin qəbuluna başlandığını bildirib. Tenderdə iştirakın müəyyənləşdirilməsi iyulun 5-dək davam edəcək. Həyata keçiriləcək yeni layihələrə uyğun olaraq Babək rayonunun Qoşadizə və Kəngərli rayonunun Qabıllı kəndində “İçməli su təminatı”, Şərur rayonunun Zeyvə kəndində “Tibb məntəqəsinin tikintisi”, Çomaxtur kəndində isə “Suvarma su təminatı” layihələri icra olunacaq. İcra prosesinə iyulun ilk ongünlüyündən başlanacaq. Qeyd edək ki, “Azərbaycan kənd investisiya layihəsi”ni Dünya Bankı Azərbaycan hökuməti ilə birgə həyata keçirir. Layihənin müddəti 2008-ci ilin sonuna qədərdir. Layihənin müddətinin uzadılması istisna edilmir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR