Bank Of Baku

2020-ci ildə Azərbaycan əhalisinin 25 faizini yaşı 65-dən yuxarı olan şəxslər təşkil edəcək

2020-ci ildə Azərbaycan əhalisinin 25 faizini yaşı 65-dən yuxarı olan şəxslər təşkil edəcək
# 21 iyun 2007 12:49 (UTC +04:00)
2020-ci ildə Azərbaycan əhalisinin 25 faizini yaşı 65-dən yuxarı olan şəxslər təşkil edəcək. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, Dünya Bankı postsovet ölkələrini əhatə edən hesabatında belə bir nəticəyə gəlib. Hesabata əsasən 18 il sonra Şərqi Avropa dünyanın ən yaşlı regionlarından birinə çevriləcək və onun əhalisi 25 milyon nəfər azalacaq. Bundan başqa Rusiya əhalisi 17 milyon nəfər azalacaq. Lakin mütəxəssislərin fikrincə, ən ağır vəziyyət Gürcüstanda qeydə alınacaq. Belə ki, bu ölkədə əhalinin ümumi sayı 20 faiz azala bilər. Bolqarıstan və Azərbaycanda isə əhalinin dörddə biri 65 yaşını adlayacaq. Dünyada ən yaşlı millətlərdən biri isə sloveniyalılar olacaq - bu ölkədə vətəndaşların orta yaş həddi 47 yaş təşkil edəcək. Dünya Bankının mütəxəssisləri hesab edirlər ki, əhalinin yaşlanması bir sıra ölkələrin təqaüd sistemini təhlükə altında qoya bilər. Bu baxımdan ən qorxulu vəziyyət Litva, Slovakiya, Albaniya, Rumıniya və Serbiyada baş verə bilər. Buna görə də DB rəsmiləri həmin dövlətləri daha fəal şəkildə pensiya islahatları aparmağa çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR