Bank Of Baku

Yaponiya hökumətinin ayırdığı vəsait hesabına İmişli rayonunun Boşçallar kəndinə içməli su xətti çəkilib

Yaponiya hökumətinin ayırdığı vəsait hesabına İmişli rayonunun Boşçallar kəndinə içməli su xətti çəkilib
# 21 iyun 2007 14:12 (UTC +04:00)
Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Beynəlxalq Sənaye, Mənəvi və Mədəni Tərəqqi Təşkilatı (OISCA-International) İmişli rayonunun Boşçallar kəndinə içməli su xətti çəkib. Bu barədə APA-ya “OİSCA-İnternational”ın Azərbaycan bölməsindən məlumat daxil olub. Təşkilat tərəfindən kənddə dərinliyi 120 metr olan artezian quyusu qazılıb, 6152 metr məsafəlik çuqun boru xətti bərpa olunub və kəndin bütün ərazisi əlavə elektrik enerjisi sərf etmədən fasiləsiz içməli su ilə təmin olunub. Kəndin su probleminin həlli ilə bağlı Yaponiyanın ölkəmizdəki səfirliyi və “OİSCA-İnternational” təşkilatı iyunun 23-də açılış mərasimi keçiriləcək. Mərasimdə səfirin birinci müavini Mitsuhiro Kohno, xarici məsələlər üzrə konsultant Satoşi Arai və digər şəxslər iştirak edəcək. Qeyd edək ki, “OISCA-International” təşkilatının Azərbaycan milli bölməsi 2000-ci ildə Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatından keçərək ətraf mühit və aqrar problemlər, həmçinin bir sıra sosial proqramlar üzrə fəaliyyət göstərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR