Bank Of Baku

Azərbaycanda əhalinin gəlirləri yanvar-may aylarında 37% artıb

Azərbaycanda əhalinin gəlirləri yanvar-may aylarında 37% artıb
# 21 iyun 2007 15:03 (UTC +04:00)
Cari ilin yanvar-may ayları ərzində Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36,9% artaraq 5 017 mln. manata çatıb. Bunun hər nəfərə düşən həcmi isə 35,3% artaraq 594,9 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata əsasən,, gəlirlərin 69,3%-i əhali tərəfindən son istehlaka, 10,1%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 20,6%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Qeyd edək ki, vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 4 508,5 mln. manatlıq və əvvəlki ildəkindən 39,5% çox vəsait qalıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR