Bank Of Baku

İyunun 27-də bələdiyyələrin ümumrespublika toplantısı keçiriləcək

İyunun 27-də bələdiyyələrin ümumrespublika toplantısı keçiriləcək
# 22 iyun 2007 08:14 (UTC +04:00)
İyunun 27-də Prezident Aparatının təşkilatçılığı ilə bələdiyyələrin ümumrespublika toplantısı keçiriləcək. Bu barədə APA-ya Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə məlumat verib. Onun sözlərinə görə, toplantının keçirilməsində əsas məqsəd yerli özünüidarəetmə orqanlarının qarşılaşdığı problemləri müzakirə etmək və onun aradan qaldırılması yollarını müəyyən etməkdir. Toplantıda Prezidentin İcra Aparatı və Ədliyyə Nazirliyinin rəsmiləri iştirak edəcək. Qeyd edək ki, bu ilin əvvəlindən başlayaraq hər iki strukturun təmsilçiləri regionlarda bələdiyyə nümayəndələrinin iştirakı ilə müşavirələr keçirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR