Bank Of Baku

2009-cu ildə Gəncə əhalisi yenidən siyahıya alınacaq

2009-cu ildə Gəncə əhalisi yenidən siyahıya alınacaq
# 22 iyun 2007 12:14 (UTC +04:00)
Gəncə şəhər əhalisi yenidən siyahıya alınacaq. Bu proses 2009-cu ilin aprel ayının 13-22-də aparılacaq. Bu barədə Gəncə Şəhər Statistika İdarəsinin rəisi İsmayıl Cəfərov məlumat verib. Onun dediyinə görə, artıq siyahıya alma prosesində yarana biləcək maneələrin aradan qaldırılması yönümündə aidiyyəti idarələrlə müzakirə aparılır: “Gəncənin bəzi küçələrində ünvanlar yazılmayıb. Bu məsələ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrinin Gəncə bölməsinə sözügedən ünvanların hazırlanması üçün tapşırıqlar verilib ki, siyahıya almada hansısa ərazilərin tapılmasında problem olmasın”. Qeyd edək ki, bu məsələdə kömək məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti nəzdində komissiya yaradılıb. 2006-cı ildə yaradılmış komissiyanın məqsədi əhalinin siyahıya alınmasının mütəşəkkil təşkilidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR