Bank Of Baku

Gənclər və İdman Nazirliyinin gənclər şəhərciyinin tikintisi ilə bağlı təklifinə hələlik heç bir şirkətdən cavab gəlməyib

Gənclər və İdman Nazirliyinin gənclər şəhərciyinin tikintisi ilə bağlı təklifinə hələlik heç bir şirkətdən cavab gəlməyib
# 22 iyun 2007 13:08 (UTC +04:00)
Gənclər şəhərciyinin tikintisi üçün Gənclər və İdman Nazirliyi ilə müvafiq şirkətlər arasında danışıqlar aparılır. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, tikinti ilə bağlı şərtlər şirkətlərə təqdim olunub, amma hələlik heç bir şirkətdən cavab gəlməyib. Hazırda şirkətlərdən cavab gözlədiklərini söyləyən A. Rəhimov tikinti üçün torpaq sahəsinin ayrıldığını da diqqətə çatdırıb: “Bizim şərtlərimiz ondan ibarətdir ki, yeni tikiləcək binalarda mənzillərin heç olmasa, 25-30 faizi gənclərə ucuz qiymətlərlə verilməlidir. Buna nail olmuruqsa, Bakı şəhər İcra Hakimiyyətinin ayırdığı torpağı kiməsə bağışlaya bilmərik ki, orada ev tikib, kommersiya qiymətləri ilə satsın. Torpaq sahəsi qalır və əgər tikinti sektorunda dəyişiklik olsa, yeni bum başlasa və bazarda yenilik yaransa, bəlkə o zaman şirkətlər fikirlərini dəyişib gənclər şəhərciyini tikməyə razı ola bilərlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR