Bank Of Baku

Azad Rəhimov: “Bizi ali təhsilli gənclərin arasında işsizlərin olması daha çox narahat edir”

Azad Rəhimov: “Bizi ali təhsilli gənclərin arasında işsizlərin olması daha çox narahat edir”
# 22 iyun 2007 13:14 (UTC +04:00)
“Gənclərin işsizlik probleminin həlli üçün Gənclər və İdman Nazirliyi tərəfindən mütəmadi olaraq treninqlər keçirilir, maarifləndirmə işi aparılır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. Ümumilikdə ölkədə işsizlik probleminin olduğunu qeyd edən A. Rəhimov bu problemin həlli üçün dövlət qurumlarının hamısının müvafiq addımlar atdığını bildirib. O, ölkə prezidentinin də əsas məqsədinin məhz yeni iş yerlərinin açılması olduğunu vurğulayıb: “Amma hazırda tikinti bumu ilə bağlı şəhərdə işsiz adam görmək çətinləşib. Bizi ali təhsilli gənclərin arasında işsizlərin olması daha çox narahat edir. Buna görə də yüksək biliyə malik gənclərin işlə təmin olunması üçün Gənclər və İdman Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tədbirlər həyata keçirir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR