Bank Of Baku

Şəkidə əmək yarmarkası keçirilib

Şəkidə əmək yarmarkası keçirilib
# 22 iyun 2007 14:17 (UTC +04:00)
Bu gün Şəki rayonunda əmək yarmarkası keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon Məşğulluq Mərkəzindən (RMM) məlumat verilib. Əmək yarmarkasında 11 dövlət və 9 özəl müəssisəsi tərəfindən işləməyən rayon əhalisi üçün 367 boş iş yeri təklif olunub. Bunun 101 boş iş yeri qulluqçu, 266 iş yeri fəhləlik üçün nəzərdə tutulub. İş gününün sonuna kimi işləməyən rayon əhalisindən 560 nəfər iş axtaran şəxs əmək yarmarkasında iştirak edib. 55 nəfər şəxsin ərizəsinə əsasən onlar müxtəlif dövlət və özəl müəssisələrinə işə girmək üçün sözügedən müəssisələrə göndərilib. Şəki RMM-dən APA-ya verilən məlumata görə, rayonda əmək yarmarkası 10 gün davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR