Bank Of Baku

Bakıda vakant iş yerləri üzrə məlumat köşkləri quraşdırilacaq

Bakıda vakant iş yerləri üzrə məlumat köşkləri quraşdırilacaq
# 22 iyun 2007 14:32 (UTC +04:00)
Bakı şəhər Baş Məşğulluq İdarəsi paytaxtın müxtəlif ərazilərində əhaliyə vakant iş yerləri barədə məlumatları çatdırmaq üçün məlumat köşkləri quraşdıracaq. “APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə Bakı şəhər Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədirbəyli məlumat verib.
A.Bədirbəyli bildirib ki, köşklər birinci mərhələdə rayon icra hakimiyyətlərində, məşğulluq idarələrində yerləşdiriləcək. Sonrakı mərhələlərdə isə universitetlərdə, əhalinin sıx yerləşdiyi ərazilərdə, yarmarkalarda qurulacaq.
Məlumat köşkləri bu il Bakı şəhərinin 11 rayonunda məşğulluq mərkəzlərinin binalarında quraşdırılacaq. A.Bədirdəyli əlavə edib ki, bəzi təşkilatların vakant iş yerləri ilə bağlı məşğulluq mərkəzlərinə məlumatları verməməsi onların fəaliyyətində çətinliklər yaradır. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR