Bank Of Baku

Nərimanov rayonunda uşaq meydançasında şəxsi ev tikintisinə etiraz edən sakinlər mətbuat konfransı keçiriblər

Nərimanov rayonunda uşaq meydançasında şəxsi ev tikintisinə etiraz edən sakinlər mətbuat konfransı keçiriblər
# 22 iyun 2007 14:58 (UTC +04:00)
Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 52 ünvanında uşaq meydançasında şəxsi ev tikintisinə etiraz edən sakinlər mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, sakin Mahir Ələkbərov 500 kvadrat metrlik ərazinin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova verildiyini deyib. O, həmin ərazinin Bakı Şəhər İcra Hakimiyyətinin bina tikintisi məqsədilə 1989-cu il sərəncamı ilə Avtomobil Yolları Nazirliyinə verildiyini söyləyib: “Buna baxmayaraq, bir neçə ay öncə özünü Emma Pənahova kimi təqdim edən qadın və bir qrup adam əraziyə gələrək, buranın onlara məxsus olduğunu deyiblər. Sonradan bizə məlum olub ki, həmin qadın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun bacısıdır və o, Nərimanov rayon İcra Hakimiyyətinin qanunsuz sərəncamı ilə bu ərazini ələ keçirmək istəyir”. O, Bakı şəhər İcra Hakimiyyətinin 1989-cu ildə verilmiş qərarı ləğv etmək səlahiyyətinin olmadığını da xatırladıb: “Məsələ ilə bağlı dəfələrlə müxtəlif instansiyalara müraciət etmişik və məhkəməyə şikayət etməyi də nəzərdə tutmuşuq”. Nərimanov rayon İcra Hakimiyyətindən isə APA-ya tikintinin qeyri-qanuni aparılması barədə deyilənlər təkzib edilib. İcra Hakimiyyətindən o da bildirilib ki, tikintinin aparılması ilə bağlı müvafiq sənədlər mövcuddur. MSK sədri Məzahir Pənahovdan isə ona qarşı ünvanlanan ittihamlara münasibət öyrənmək mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR