Bank Of Baku

Bakıda Azərbaycanda məşğulluq strategiyasına həsr olunmuş konfrans keçiriləcək

Bakıda Azərbaycanda məşğulluq strategiyasına həsr olunmuş konfrans keçiriləcək
# 22 iyun 2007 15:07 (UTC +04:00)
İyulun 6-da Bakıda Azərbaycanda məşğulluq strategiyasına həsr olunmuş konfrans keçiriləcək. Bu barədə “APA-Economics”ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) demoqrafiya və məşğulluq siyasəti şöbəsinin müdiri Vahab Məmmədov məlumat verib.
Konfransda ƏƏSMN-lə yanaşı beynəlxalq təşkilatların, müvafiq dövlət və hökumət qurumlarının, həmçinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər. Tədbirdə məşğulluq strategiyasının həyata keçirilməsi üçün qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi, görüləcək tədbirlər və s. aktual məsələlər müzakirə olunacaq. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR