Bank Of Baku

Şahbuz rayonunda “Gənclik Mərkəzi” istifadəyə verilib

Şahbuz rayonunda “Gənclik Mərkəzi” istifadəyə verilib
# 22 iyun 2007 15:55 (UTC +04:00)
Şahbuz rayonunda “Gənjlik Mərkəzi” istifadəyə verilib. Bu barədə APA-nın Naxçıvan bürosuna Naxçıvan MR Mədəniyyət Nazirliyindən məlumat verilib. Rəsmi səviyyədə açılışı olan bu mədəniyyət ocağının inşasına səbəb rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkilidir. Obyekt həmçinin mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. 156 yerlikdir “Gənclik Mərkəzi”ndə bütün fəsillərdə havanın temperaturunun normal saxlanması üçün sistem, o cümlədən ən müasir akustika, işıqlandırma avadanlıqları, kinoaparat qurulub. Binada həmçinin iş otaqları, kassa, bufet xidməti üçün müvafiq guşələr yaradılmış, müasir istilik sistemi və daxili sanitar qovşağı istifadəyə verilib. Mərkəzdə ilk olaraq “Heydər Əliyev zirvəsi” adlı filmə baxış keçirilib. Qeyd edək ki, bu, Muxtar Respublika ərazisində istifadəyə verilən III “Gənclik Mərkəzi”dir. Bundan əvvəl Naxçıvan şəhəri və Şərur rayonunda belə obyektlər inşa olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR