Bank Of Baku

Qazaxda Qarabağ əlilləri və şəhid ailələri üçün yeni 16 mənzilli bina tikilib

Qazaxda Qarabağ əlilləri və şəhid ailələri üçün yeni 16 mənzilli bina tikilib
# 25 iyun 2007 07:54 (UTC +04:00)
Qazax rayonda Qarabağ əlilləri və şəhid ailələri üçün yeni 16 mənzilli binanın təntənəli açılış mərasimi keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, 16 mənzildən 8-i Qarabağ əlilləri, digər 8 mənzil isə şəhid ailələri üçün nəzərdə tutulub. Bina “Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı” çərçivəsində tikilib. Təntənəli açılış mərasimində Əmək və Əhalinin Sosial Nazirliyinin Əlillərin Sosial Müdafiəsi baş idarəsinin rəisi İbrahim Heydərov və Qazax rayon icra hakimiyyətinin başçısı Rauf Hüseynov da qatılıb. Onlar yeni mənzillərin açarlarını Qarabağ əlilləri və şəhid ailələrinin üzvlərinə təqdim ediblər. Çıxışlardan sonra mənzillərə baxış keçirilib. Qazaxda Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən mənzillər bir, iki, və üç otaqlıdır. Qeyd edək ki, bu günədək respublikanın ayrı-ayrı bölgələrində Qarabağ əlilləri şəhid ailələri üçün 34 çoxmərtəbəli və 224 fərdi yaşayış evi istifadəyə verilib. Ümumilikdə isə 1226 əlil və şəhid ailəsi mənzillə təmin olunub. 2007-ci ildə bu kateqoriyadan olan insanlar üçün daha 390 mənzilin təhvil verilməsi nəzərdə tutulub. Tovuz , İsmayıllı, Zaqatala, Şamaxı və Bakının digər rayonlarında 30 fərdi mənzilin tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Bu tikinti işləri üçün dövlət büdcəsindən 6 milyon 405 min manat vəsait ayrılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR