Bank Of Baku

Yaponiya hökuməti İmişlidə bir neçə layihə həyata keçirib

Yaponiya hökuməti İmişlidə bir neçə layihə həyata keçirib
# 25 iyun 2007 08:06 (UTC +04:00)
Yaponiya hökuməti İmişlidə bir neçə layihə həyata keçirib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, iyunun 23-də saat 15:00-da Yaponiya hökumətinin “Ot kökləri və İnsan təhlükəsizliyi“ qrant yardımı çərçivəsində “quş qripi”nə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi layihəsinin başa çatması münasibəti ilə İmişlidə dəyəri 73 min ABŞ dolları olan Taun Əleyhinə laboratoriyanın açılış mərasimi keçirilib. Saat 16:30-da həmin Qrant yardımı çərçivəsində İmişli rayonun Boşçalılar kəndində ümumi uzunluğu 6152 metr olan 27 bulaqdan ibarət, dəyəri 53 min ABŞ dolları olan artezian su quyusu və su sisteminin açılış mərasimi olub. Layihəni “OİSCA-İnternational” şirkətinin Azərbaycan nümayəndəliyinin prezidenti Elçin Nəsirli hazırlayıb. Onun dediyinə görə, bu layihə Azərbaycan kəndləri arasında analoqu olmayan bir layihədir. Layihənin başa çatması nəticəsində susuzluqdan əziyyət çəkən kəndin 2850 nəfər sakinin su problemi həll olunacaq. Eyni zamanda həmin gün BMT-nin Ümumdünya Ərzaq Proqramı Yaponiya hökumətinin maliyyə dəstəyi ilə İmişli rayonunda məskunlaşan qaçqınlara 100 min ABŞ dolları həcmində ianə edib ki, bu da onların 192 ton buğda ununa olan iki aylıq tələbatını təmin edəcək. Mərasimdə Yaponiyanın ölkəmizdəki səfirliyinin birinci katibi Mitsuhiro Kohno da iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR