Bank Of Baku

5 ay ərzində 19 nəfər bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

5 ay ərzində 19 nəfər bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib
# 25 iyun 2007 08:44 (UTC +04:00)
Bunlar arasında Xətai rayonunun Xətai, Astara rayonunun Astara, Göyçay rayonunun Qarayazı, Masallı rayonunun Qızılağac və digər bələdiyyələri var. Ötən il inzibati nəzarət qaydasında baxılması üçün 16.703 bələdiyyə aktının Bələdiyyələrlə İş Mərkəzinə təqdim olunduğunu deyən M. Səlimzadə bunun 2005-ci ildən 65% çox olduğunu qeyd edib. Onun sözlərinə görə, araşdırmalar nəticəsində 988 aktın ləğv edilməsi və ya yaxud dəyişdirilməsi üçün bələdiyyələrə təkliflər verilib. Müvafiq tədbirlər nəticəsində 466 bələdiyyə qərarı ləğv edilib, 22-si dəyişdirilib, 48 qərarın ləğvi və ya dəyişdirilməsi üçün məhkəmədə iddia qaldırılıb. M. Səlimzadənin onu da bildirib ki, bələdiyyə aktlarını inzibati nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə göndərmədiklərinə görə, ötən il 146 bələdiyyə sədri barəsində protokol tərtib olunaraq müvafiq məhkəmələrə göndərilib. Bu kimi halların təkrarlanmaması üçün qurum əməkdaşları tərəfindən hazırda bələdiyyələrə təkliflər paketi hazırlanır. Qeyd edək ki, 2006-cı ildə 81 nəfər bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR