Bank Of Baku

Yaponiya hökumətinin dəstəyi ilə İmişlidə bir neçə layihə həyata keçirilib

Yaponiya hökumətinin dəstəyi ilə İmişlidə bir neçə layihə həyata keçirilib
# 25 iyun 2007 09:16 (UTC +04:00)
İyunun 23-də Yaponiya hökumətinin maliyyələşdirdiyi “Ot kökləri və insan təhlükəsizliyi“ qrant proqramı çərçivəsində İmişlidəki Taun Əleyhinə Laboratoriyanın “quş qripi”nə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi layihəsinin başa çatması münasibətilə tədbir keçirilib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, layihənin reallaşdırılmasına 73 min dollar xərclənib. Elə həmin gün rayonun Boşçalılar kəndində ümumi uzunluğu 6152 metr olan 27 bulaqdan ibarət artezian su quyusu və su sisteminin açılış mərasimi olub. Layihəni “OİSCA-İnternational” şirkətinin Azərbaycan nümayəndəliyi hazırlayaraq həyata keçirib. Nümayəndəliyin rəhbəri Elçin Nəsirli bildirib ki, bu, Azərbaycan kəndləri arasında analoqu olmayan bir layihədir. Layihənin başa çatması nəticəsində susuzluqdan əziyyət çəkən kəndin 2850 nəfər sakininin su problemi həll olunub.
Bundan başqa, BMT-nin Ümumdünya Ərzaq Proqramı Yaponiya hökumətinin maliyyə dəstəyi ilə İmişli rayonunda məskunlaşan qaçqınlara 100 min ABŞ dolları həcmində humanitar yardım göstərib. Mərasimdə Yaponiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Mitsuhiro Kohno və digər rəsmilər iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR