Bank Of Baku

“Əzizbəyov” stansiyası ətrafındakı ticarət obyektləri sökülmüş sahibkarlar yenidən Bakı Şəhər İcra Hakimiyyəti qarşısında aksiya keçiriblər

“Əzizbəyov” stansiyası ətrafındakı ticarət obyektləri sökülmüş sahibkarlar yenidən Bakı Şəhər İcra Hakimiyyəti qarşısında aksiya keçiriblər
# 25 iyun 2007 10:31 (UTC +04:00)
“Əzizbəyov” metro stansiyası ətrafındakı ticarət obyektləri sökülmüş sahibkarlar onlara başqa yer ayrılması tələbi ilə bu gün yenidən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında aksiya keçiriblər. APA-nın məlumatına görə, onlar əvvəlcə şəhər rəhbərliyi ilə görüşmək üçün qəbul otağına gediblər. Amma şəhər rəhbərliyi görüşdən imtina etdiyindən, onlar İH binasının əsas girişinin qarşısına gələrək burada aksiya keçiriblər. Təxminən 40-a yaxın sahibkar və satıcı şəhər rəhbərliyi ilə görüş tələb edib. Polis onları ərazidən uzaqlaşdırmağa çalışsa da, buna nail ola bilməyib. Piketçilərlə polis arasında 15 dəqiqə davam edən mübahisə isə müsbət nəticə verib. BŞİH İcra Aparatının rəhbəri Bəxtiyar Fərəcbəyli onları qəbul edib. Görüşdən sonra APA-ya açıqlama verən sahibkar Şahmar Qurbanovun sözlərinə görə, B. Fərəcbəyli bildirib ki, məsələ ilə bağlı BŞİH tərəfindən lazım olan bütün addımlar atılıb, Nizami Rayon İcra Hakimiyyətinə müraciət edilib və onları yerlə təmin edəcəklər: “Biz inanırıq ki, yer ayrılacaq. Çünki inanmaqdan başqa çarəmiz də yoxdur. Yüksək səviyyəli şəxslər vəd verirsə, yəqin yerinə yetirəcəklər”. Ş. Qurbanov bildirib ki, onlar yalnız Nizami rayonu ərazisində yer ayrılmasını istəyirlər. Qeyd edək ki, metronun “Əzizbəyov” stansiyası ətrafında dairəvi yol tikildiyindən, ətrafdakı ticarət obyektlərinin və “Merkuri” Ticarət Mərkəzinin sökülməsi nəticəsində mindən artıq insanın işsiz qaldığı bildirilir. Ərazidə 250-yə yaxın ticarət köşkü, Ticarət Mərkəzində isə 920 piştaxta olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR