Bank Of Baku

“Salyan-Oil” şirkəti Təzəkənd kəndindən keçən yolu təmir edəcək

“Salyan-Oil” şirkəti Təzəkənd kəndindən keçən yolu təmir edəcək
# 25 iyun 2007 11:21 (UTC +04:00)
“Salyan-Oil” Əməliyyat Şirkəti Salyanın Təzəkənd kəndindən keçən yolu təmir edəcək və şirkətin quyularına yaxın ərazilərdə yaşayan sakinlərə pul yardımı edəcək. Bu barədə APA-ya Təzəkənd bələdiyyəsinin sədri Xidmət Orucov məlumat verib. Onun sözlərinə görə, kənd sakinlərinin şikayətindən sonra mütəxəssislər həm yola, həm də neft quyularına yaxın ərazilərdə yaşayanların evlərinə baxış keçirib. Şirkət maşınlarının yolu bərbad hala saldığı təsdiq olunsa da, quyulara yaxın yaşayan sakinlərin şikayətləri əsassız sayılıb: “Çünki müəyyən olunmuş normaya görə, neft quyusu evlərə 50 metrdən yaxın olduqda kompensasiya ödənilir. Təzəkənddəki quyular isə evlərdən 100 metr aralıdır. Buna baxmayaraq, həmin ərazidə yaşayan və ailə başçısı olmayan evlərə şirkət yardım edəcək”.
Qeyd edək ki, bir neçə gün əvvəl Təzəkənd sakinləri kompensasiya ödənilməsi tələbi ilə “Salyan-Oil” şirkətinə gedən yolu bağlamışdılar. Bundan əlavə, bir neçə ay əvvəl Varlı, Kürsəngi, Aydıngül, Yolüstü kəndlərinin bələdiyyələrinin yolların təmir olunması ilə bağlı məhkəməyə müraciət etmişdilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR