Bank Of Baku

Azərbaycanın əmək bazarında əcnəbi işçilər üçün kvotalar tətbiq olunacaq

Azərbaycanın əmək bazarında əcnəbi işçilər üçün kvotalar tətbiq olunacaq
# 25 iyun 2007 11:33 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə eksklüziv açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) demoqrafiya və məşğulluq siyasəti şöbəsinin müdiri Vahab Məmmədov məlumat verib.
V.Məmmədovun sözlərinə görə, hazırda hökumət respublikada əcnəbi əmək miqrantlarının sayının tənzimlənməsi istiqamətində iş aparır, miqrantların Azərbaycanın əmək bazarına təsiri ilə bağlı məsələlər araşdırılır: “Azərbaycan Filippinlə bu sahədə qarşıya çıxan məsələləri tənzimləmək istəyir. Bu gün Azərbaycanın əmək bazarında Filippindən olan xeyli sayda miqrant var və bu məsələ iki ölkə arasında müzakirə olunur”.
V.Məmmədov həmçinin vurğulayıb ki, əvvəllər əmək miqrantlarını ixrac edən Azərbaycan bu gün artıq onları qəbul edən ölkəyə çevrilib: “Hazırda Nazirlikdə 1500-ə yaxın xarici əmək miqrantı qeydiyyatdadır. Onların sayı get-gedə artır. Biz artıq bununla bağlı rəqəmlərin dəqiqləşdirilməsi üçün DİN-ə bildiriş göndərmişik”. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR