Bank Of Baku

Şamaxının Nüydü bələdiyyəsinin fəaliyyətindəki ciddi qanun pozuntuları ilə bağlı cinayət işi açılıb

Şamaxının Nüydü bələdiyyəsinin fəaliyyətindəki ciddi qanun pozuntuları ilə bağlı cinayət işi açılıb
# 25 iyun 2007 13:20 (UTC +04:00)
Şamaxı rayonunun Nüydü bələdiyyəsinin fəaliyyətində olan ciddi qanun pozuntuları ilə bağlı Baş Prokurorluqda cinayət işi başlayıb. Bu barədə işin istintaqını aparan Şamaxı Rayon Prokurorluğunun müstəntiqi Mahmud Mehdiyev məlumat verib. Müstəntiqin sözlərinə görə, cinayət işi Ədliyyə Nazirliyinin topladığı materiallar əsasında Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə başlanıb. Hazırda məsuliyyətə cəlb olunan şəxs yoxdur, istintaq aparılır. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev isə APA-ya açıqlamasında bildirib ki, Şamaxının Nüydü bələdiyyəsindəki qanun pozuntuları Ədliyyə Nazirliyinin Auditorlar Palatası ilə birgə apardığı yoxlamalar zamanı müəyyən edilib və araşdırılması üçün Şamaxı Rayon Prokurorluğuna göndərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR