Bank Of Baku

Bakıda Narkotiklərlə Mübarizə Gününə həsr olunmuş konfrans keçirilib

Bakıda Narkotiklərlə Mübarizə Gününə həsr olunmuş konfrans keçirilib
# 26 iyun 2007 10:32 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Nazirlər Kabinetinin hərbi və inzibati orqanlar şöbəsinin müdiri Əzim Piriyev Azərbaycanda narkotiklərlə mübarizə istiqamətində görülən işlər barədə məlumat verib. Son illər hökumətin bu sahədə mübarizə tədbirlərini gücləndirdiyini deyən Ə. Piriyev bildirib ki, məhz bunun nəticəsi olaraq yüz kiloqramlarla narkotik maddə müsadirə olunaraq məhv edilib. Bundan başqa, narkotik maddələrin satışı, dövlət sərhədlərindən qanunsuz keçirilməsi cəhdlərinin qarşısı alınıb. Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə gənclər arasında aparılan narkomaniya ilə mübarizə tədbirləri barədə məlumat verib. Gənclər arasında narkomaniyaya aludəçilik hallarının olduğunu qeyd edən nazir müavini problemin qarşısının alınması üçün marifləndirmə işlərinə ehtiyac olduğunu vurğulayıb. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) nümayəndəsi Ramiz Həsənov isə deyib ki, MTN tərəfindən 6 ay ərzində 253 kiloqramdan artıq narkotik maddə müsadirə olunaraq məhv edilib. MTN nümayəndəsi onu da bildirib ki, narkotik ticarəti ilə məşğul olan transmilli cinayətkar qruplar bu işlərə qadınları və uşaqları da cəlb edirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR