Bank Of Baku

Salyan Şorsulu Rayonlararası Əsəb-Nevroloji Xəstəxanası bir həftədir işıqsız qalıb

Salyan Şorsulu Rayonlararası Əsəb-Nevroloji Xəstəxanası bir həftədir işıqsız qalıb
# 27 iyun 2007 08:06 (UTC +04:00)
Salyan Elektrik Şəbəkəsi bir həftədir Salyan Şorsulu Rayonlararası Əsəb-Nevroloji Xəstəxanasının elektrik təchizatını dayandırıb. Bu barədə APA-ya xəstəxananın baş həkimi Yaşar Kərimov məlumat verib. Onun sözlərinə görə, elektrik şəbəkəsi xəstəxananın şəbəkəyə borclu olduğunu əsas gətirib. Baş həkim isə bunun doğru olmadığını bildirib: “Həmin borc 1994-cü ildən qalmış borcdur. O zaman 6 milyon köhnə manat borcumuz vardı. Amma sonradan prezidentin sərəncamı ilə həmin borclar donduruldu. Ona görə də Elektrik Şəbəkəsinin həmin pulu tələb etməsi əsassızdır”. Y.Kərimov 94 xəstənin müalicə olunduğu Əsəb-Nevroloji Xəstəxanasında müvəqqəti olaraq generatordan istifadə etdiklərini bildirib. Salyan Elektrik Şəbəkəsinin rəhbərliyi isə məsələ ilə bağlı sualı cavablandırmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR