Bank Of Baku

AMEA-nın istirahət guşəsində şagirdlərin istirahəti təşkil olunacaq

AMEA-nın istirahət guşəsində şagirdlərin istirahəti təşkil olunacaq
# 27 iyun 2007 08:28 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm” istehsalat mərkəzində 4 rayondan olan şagirdlərin istirahəti təşkil olunacaq. Bu barədə APA-ya Regionların İnkişafı İctimai Birliyindən (RİİB) məlumat verilib. RİİB-in həyata keçirdiyi bu layihə 3 mərhələdən ibarət olacaq. Hər mərhələdə Qazax, Gədəbəy, Şəmkir və Səbayel rayonlarının 30 şagirdi müəllimləri ilə birgə 15 gün pulsuz istirahət edəcək. “Sağlam uşaq - sağlam gələcək deməkdir” devizi ilə keçirilən bu kampaniyada köçkün və şəhid övladlarına üstünlük veriləcək. İstirahətdə əvvəl uşaqlara eyni geyim və əşyalar təqdim olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR