Bank Of Baku

Daxili işlər naziri Ramil Usubov Bərdədə zabitlər üçün inşa olunmuş yaşayış binasının və tibb məntəqəsinin açılışında iştirak edib

Daxili işlər naziri Ramil Usubov Bərdədə zabitlər üçün inşa olunmuş yaşayış binasının və tibb məntəqəsinin açılışında iştirak edib
# 27 iyun 2007 11:10 (UTC +04:00)
Daxili işlər naziri Ramil Usubov Bərdəyə səfər edib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, nazir Daxili Qoşunların Bərdə korpusunda xidmət göstərən zabitlər üçün inşa olunmuş yaşayış binasının və tibb məntəqəsinin açılışında iştirak edib. 60 mənzilli yataqxana tipli yaşayış binasında 20-dək birotaqlı mənzil subay gizirlər üçün nəzərdə tutulub. Ailəli zabitlərə verilən mənzillərdə isə qismən mebel dəsti quraşdırılıb. R. Usubov bir qrup zabitə mənzillərin orderini təqdim edib. Nazir jurnalistlərə açıqlamasında bildirib ki, beşmərtəbəli yaşayış binası ötən il martın 1-də Bərdəyə səfər edən ölkə başçısının tapşırığı ilə inşa olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR