Bank Of Baku

Gəncədə yeni smart kart tirli elektrik sayğaclarının quraşdırılmasına başlanacaq

Gəncədə yeni smart kart tirli elektrik sayğaclarının quraşdırılmasına başlanacaq
# 27 iyun 2007 11:55 (UTC +04:00)
Təxminən bir aydan sonra Gəncədə yeni smart kart tipli elektrik sayğaclarının quraşdırılmasına başlanacaq. Bu barədə APA-nın qərb bürosuna “Gəncəelektrikşəbəkə”nin mətbuat xidmətinin rəisi Rafiq Abbasov məlumat verib. Onun sözlərinə görə, istifadə haqqı öncədən ödənilən yeni sayğacların quraşdırılması üçün bir sıra işlər görülür. Şəhər ərazisində artıq SİP kabellərin çəkilişinə başlanıb ki, bu da yeni tirli smart kartlı sayğacların fəaliyyəti üçün vacibdir. R. Abbasov onu da bildirib ki, sayğacların dəyişdirilməsi zamanı söküləcək sayğacların digər rayon və kəndlərdə sayğac olmayan abonentlərin evlərinə quraşdırılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR