Bank Of Baku

Hacıqabul rayonunda yeni park istifadəyə verilib

Hacıqabul rayonunda yeni park istifadəyə verilib
# 27 iyun 2007 12:10 (UTC +04:00)
Hacıqabul rayonunda yeni park istifadəyə verilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Əsabir Məmmədov məlumat verib. Onun dediyinə görə, rayonda yeni “Dədə Qorqud” parkı istifadəyə verilib. Yeni salınmış park əvvəllər bataqlıq və qamışlıq olan bir ərazidə salınıb. Sakinlərin asudə vaxtının səmərəli istifadəsi üçün nəzərdə tutulan parkda incəsənət ustalarının iştirakı ilə konsert keçirilib. İstirahət parkında Dədə Qorqudun abidəsi ucaldılıb, fəvvarə quraşdırılıb, qazon salınıb və yerə plitələr döşənib. Parkın açılışında millət vəkili Rafael Hüseynov da iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR