Bank Of Baku

Ramiz Mehdiyev: “Bakı şəhər bələdiyyəsi yaradılmayacaq”

Ramiz Mehdiyev: “Bakı şəhər bələdiyyəsi yaradılmayacaq”
# 27 iyun 2007 12:42 (UTC +04:00)
“Bakı şəhər bələdiyyəsi yaradılmayacaq. Bu təşəbbüslə 1998-1999-cu illərdə Rafael Allahverdiyev çıxış etmişdi, onun burada subyektiv maraqları vardı”. APA-nın məlumatına görə, bu açıqlamanı Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev verib. R. Mehdiyev bildirib ki, dövlət rəhbərliyinin Bakıda vahid bələdiyyənin yaradılması ilə bağlı fikri olmayıb: “Bakının rayonları və qəsəbələrində bələdiyyələr var, onlar bütün tələblərə cavab verir”.
Bələdiyyələrin balanslarında olan torpaqları qeyri-qanuni satmalarına münasibət bildirən R. Mehdiyev bunun əleyhinə olduğunu vurğulayıb: “Mənim şəxsən bu məsələyə münasibətim mənfidir. Torpaq bələdiyyələrə verilməyib ki, bunu hərraca qoyub satsınlar. Torpaqlar ona görə verilib ki, bələdiyyələr bunun hesabına pul qazanıb, iş yerləri açaraq, sosial problemlərin həlli ilə məşğul ola bilsinlər”. Prezidentin İcra Aparatının rəhbəri onu da vurğulayıb ki, getdikcə qanunlar çərçivəsində bələdiyyələrin qarşısına qoyulan tələblər artacaq. Artıq Azərbaycanda yeni institut olan bələdiyyələr müəyyən təcrübə qazanıblar. Təcrübə artdıqca onlara yeni səlahiyyətlər verilə bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR