Bank Of Baku

Dövlət Reyestr Xidmətinin rəisi Arif Qaraşov: “Torpaqlar bələdiyyələr tərəfindən qanuna zidd şəkildə satılır”

Dövlət Reyestr Xidmətinin rəisi Arif Qaraşov: “Torpaqlar bələdiyyələr tərəfindən qanuna zidd şəkildə satılır”
# 27 iyun 2007 12:42 (UTC +04:00)
“Bələdiyyələr tərəfindən torpaqların qeyri-qanuni olaraq verilməsi bu gün də davam etdirilir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin (DƏDRX) rəisi Arif Qaraşov deyib. A. Qaraşov bildirib ki, bələdiyyələr onların fəaliyyətini tənzimləyən qanunlara diqqət yetirmir. O, torpaqların bələdiyyələr tərəfindən qanuna zidd şəkildə satıldığını da qeyd edib: “Bələdiyyə torpağı kiməsə verərkən hökmən bu proses rayon və ya şəhər icra hakimiyyətinin müvafiq qurumları ilə razılaşdırılmalıdır. Əksər hallarda bu razılaşdırılma həyata keçirilmir. Bələdiyyələr birtərəfli şəkildə torpağı satır, hətta bələdiyyə sədri şuranın iştirakı olmadan qərar qəbul edir”. Alqı-satqı prosesinin notariat qaydasında həyata keçirilməsinin vacibliyini vurğulayan A. Qaraşov bu məsələyə diqqətin artırılacağını deyib: “Satış bələdiyyə sədrinin istəyinə uyğun şəkildə deyil, açıq hərrac vasitəsilə həyata keçirilməlidir. Bu, prosesin şəffaflığını da təmin edər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR