Bank Of Baku

Arif Qaraşov: “Mənzil Tikinti Kompaniyalarının əksəriyyəti sənədləşmələri yekunlaşdırmadan mənzilləri satırlar”

Arif Qaraşov: “Mənzil Tikinti Kompaniyalarının əksəriyyəti sənədləşmələri yekunlaşdırmadan mənzilləri satırlar”
# 27 iyun 2007 12:53 (UTC +04:00)
“Mənzil Tikinti Kompaniyalarının əksəriyyəti sənədləşmələri tam yekunlaşdırmadan mənzillərin, evlərin satışı ilə məşğul olurlar”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (DƏDRX) rəisi Arif Qaraşov deyib. O bildirib ki, bu səbəbdən tikinti şirkətləri sonradan sənədlərini dövlət qəbul komissiyasına təqdim edə bilmirlər. A. Qaraşov Fövqəladə Hallar Nazirliyinin bu sahədə gördüyü işləri müsbət qiymətləndirdiyini söyləyib: “Fövqəladə Hallar Nazirliyi bu məsələləri qanuni şəkildə qaldırır və biz də onları dəstəkləyirik. İş adamları binaları tikib gəlir əldə edir. Lakin insanlar aldadılır və mənzil alanlar sonradan çoxlu problemlərlə qarşılaşır. Əksər hallarda tikinti başlamamış mənzillər satılır”. A. Qaraşov bəzi şirkətlərin torpaq aldıqları ərazidə qanunsuz olaraq Mənzil Tikinti Kompaniyası yaratdığını da açıqlayıb: “Hər hansı şirkət öz adına torpaq alır, həmin ərazidə qanunsuz olaraq Mənzil Tikinti Kompaniyası yaradır və bundan sonra müəyyən qurumların göz yumması nəticəsində orada bina tikilir. Əslində torpağı alan şirkət sərəncama uyğun hərəkət etməli və bina tikintisi üçün ayrıca sənəd almalıdır. Mənzil Tikinti Kompaniyaları isə binanı tikir və yaşayış üçün lazımı şərait yaratmadan yoxa çıxır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR