Bank Of Baku

Zaqatala rayonunun Əliabad qəsəbəsində 4 saylı məktəb yenidən bərpa olunur

Zaqatala rayonunun Əliabad qəsəbəsində 4 saylı məktəb yenidən bərpa olunur
# 27 iyun 2007 13:02 (UTC +04:00)
Zaqatala rayonunun Əliabad qəsəbəsində 4 saylı məktəb yenidən bərpa olunur. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon İcra Hakimiyyəti başçısının təhsil və mədəniyyət işləri üzrə müavini Zümrüd Ağakişiyeva məlumat verib. Onun sözlərinə görə, rayonun Əliabad qəsəbəsindəki 4 saylı məktəbin binası köhnə və yararsız olduğundan, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vəsaiti hesabına sökülərək yenidən bərpa olunur. Hazırda məktəb binasının sökülməsi istiqamətində işlər aparılır və yeni tikiləcək bina 360 yerlik nəzərdə tutulub. Z. Ağakişiyeva bildirib ki, yeni tikiləcək məktəb binasının inşasını ən qısa müddətdə başa çatdırıb, 2007-08-ci yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR