Bank Of Baku

Naxçıvana yeni kənd təsərrüfatı texnikası gətirilib

Naxçıvana yeni kənd təsərrüfatı texnikası gətirilib
# 27 iyun 2007 15:50 (UTC +04:00)
Naxçıvana Rusiya istehsalı olan yeni kənd təsərrüfatı maşın və mexanizmləri gətirilib. Bu barədə APA-nın Naxçıvan bürosuna Naxçıvan “Aqrolizinq” ASC-dən məlumat verilib. Cəmiyyətin sədri Qəhrəman Hüseynovun sözlərinə görə, “Aqrointer” şirkəti ilə bağlanmış müqaviləyə əsasən bu il 74 ədəd kənd təsərrüfatı texnikası alınması nəzərdə tutulur ki, bunlardan 35-i artıq Muxtar Respublikadadır. Türkiyənin “Atəşpar” şirkəti ilə bağlanmış müqaviləyə əsasən 58 adda müxtəlif maşın və mexanizmlər avqustun ayın ilk ongünlüyündə Naxçıvana gətiriləcək. Q. Hüseynov onu da bildirib ki, kənd təsərrüfatı işçilərinə yüksək səviyyədə xidmətin təşkili məqsədilə 3 servis mərkəzi yaradılıb. Babək-Şahbuz, Kəngərli-Şərur-Sədərək, Culfa-Ordubad bazalarında əhali lizinq yolu ilə bütün növ maşın və mexanizmlərdən istifadə edə bilər. Hər hansı texnikanın kredit yolu ilə alınması üçün isə ilk növbədə texnikanın dəyərinin 20 faizi qabaqnadan, tam olaraq isə 10 il müddətində ödənilməlidir. “Aqrolizinq” ASC-dən APA-ya onu da bildiriblər ki, son 3 ay ərzində Naxçıvan Muxtar Respublikasında torpaq mülkiyyətçilərinə 1070 ton güzəştli gübrə paylanılıb. Razılaşmaya əsasən, yaxın günlərdə İrandan 1500 ton, Bakıdan isə 1361 ton gübrə alınaraq kənd əməkçilərinə paylanacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR