Bank Of Baku

Naxçıvandan Bakıya ət məhsullarının aparılmasına limit tətbiq olunub

Naxçıvandan Bakıya ət məhsullarının aparılmasına limit  tətbiq olunub
# 28 iyun 2007 10:58 (UTC +04:00)
Naxçıvandan Bakıya ət məhsullarının aparılmasına limit tətbiq olunur. Naxçıvan beynəlxalq hava limanından APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, limitin tətbiq edilməsinə səbəb əhalinin Bakıya ət aparmaqdan qazanc yolu kimi istifadə etməsidir. Qeyd edək ki, tətbiq olunan qaydaya görə, hazırda hər bir vətəndaş özü ilə 2 kiloqramdan artıq mal və qoyun əti apara bilməz. Hava limanının xidmətlərindən istifadə edənlərə qeyd olunan çəkidən artıq ət məhsulu aparmağa imkan verilmir. Hava limanından onu da bildiriblər ki, ət məhsullarını bişirilmiş və ya qaxac (qovurma) şəkildə qəbul edilmiş yük normalarına uyğun aparılması mümkündür. Qeyd edək ki, hazırda Naxçıvanda mal və qoyun ətinin bir kiloqramının qiyməti 3 manat 40 qəpikdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR