Bank Of Baku

Gəncədə smart kartla işləyən 2900 elektron qaz sayğacları quraşdırıb

Gəncədə smart kartla işləyən 2900 elektron qaz sayğacları quraşdırıb
# 28 iyun 2007 13:09 (UTC +04:00)
Gəncə Qaz İstismar İdarəsi (Qİİ) şəhər ərazisində smart kartla işləyən 2900 elektron qaz sayğacları quraşdırıb. Bu barədə APA-nın qərb bürosuna Qİİ-nin rəisi Adil Bağırov məlumat verib. Onun sözlərinə görə, yaxın günlərdə daha 7000 smart kartla işləyən sayğacın gətirilməsi nəzərdə tutulub: “Növbəti dəfə gətiriləcək 7000 sayğac Gəncə şəhərində sayğac olmayan ərazilərdə yaşayan abonentlərə quraşdırılacaq. Sonra isə ümumilikdə sayğacların yeni tipli elektron sayğaclarla dəyişdirilməsinə başlanacaq”. Rəisin dediyinə görə, sayğacların quraşdırılmasını “QALS SERVİS” şirkəti həyata keçirir. Köhnə tipli sayğacların elektron sayğaclarla əvəz olunmasını isə Gənjə Qİİ həyata keçirəcək. Ərazilərdən söküləcək köhnə tipli qaz sayğacları ətraf rayonlarda sayğacı olmayan abonentlərin evlərində quraşdırılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR