Bank Of Baku

Gəncədə əhalinin xüsusi evlərdə yaşayan hissəsinin cəmi 10%-i zibil pulu ödəyir

Gəncədə əhalinin xüsusi evlərdə yaşayan hissəsinin cəmi 10%-i zibil pulu ödəyir
# 28 iyun 2007 13:24 (UTC +04:00)
Bu gün Gəncə şəhərində əhalinin xüsusi evlərdə yaşayan hissəsinin cəmi 10%-i zibil pulu ödəyir. Bu barədə APA-nın qərb bürosuna Gəncə Təmizlik İdarəsinin rəisi Nizami Babayev məlumat verib. Onun sözlərinə görə, təxminən 400 000 əhalisi olan Gəncədə cəmi 80 000 vətəndaş bina evlərində yaşayır ki, onların yalnız ən yaxşı halda 16-17%-i zibillərin daşınması üçün nəzərdə tutulan dövlət rüsumunu ödəyir. N. Babayev hazırda şəhər ərazisində cəmi 40 texnikanın zibillərin daşınmasında istifadə olunduğunu deyib: “Sovetlər Birliyi dövründə 200-ə yaxın texnika şəhərin təmizliyinə xidmət edirdi. Bu gün isə həmin dövrlərdən qalan cəmi 40 texnikamız var. Ötən ilin dekabrında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun köməyi ilə 4 müasir monupulyator almışıq. Amma bu da çox azdır. Lakin texnika az olsa da, çalışırıq ki, şəhərin təmizliyinə nail olaq”. N. Babayev bildirib ki, yaxın vaxtlarda şəhər rəhbərliyi daha əlavə yeni texnikanın alınmasına çalışır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR