Bank Of Baku

Həmkarlar İttifaqları Konfederasiyası işləyənlərin pulsuz yeməklə təmin olunması barədə təklifi Milli Məclisə təqdim edib

Həmkarlar İttifaqları Konfederasiyası işləyənlərin pulsuz yeməklə təmin olunması barədə təklifi Milli Məclisə təqdim edib
# 28 iyun 2007 13:36 (UTC +04:00)
Həmkarlar İttifaqları Konfederasiyası işləyənlərin pulsuz yeməklə təmin olunması barədə Əmək Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı Milli Məclisə təklif göndərib. APA-nın məlumatına görə, konfederasiyanın sədri Səttar Mehbalıyev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Milli Məclisdə həmin təklifə baxılır: “Konfederasiyanın təklifini müvafiq qurumlar da bəyəniblər. Artıq bu təklif əsasında gəmilərin üzən heyətində çalışanlara pulsuz yemək verilməsi məsələsi öz həllini tapıb. Nazirlər Kabinetinin qərarı ilə bu məsələni tənzimləyən normativlər də təsdiqlənib”. Konfederasiyanın bütün iş yerlərində çalışanların pulsuz yeməklə təmin olunması məsələsini qaldırdığını deyən S. Mehbalıyev işçilərə yeməyin müəssisəsinin gəliri hesabına verilməli olduğunu söyləyib. Onun sözlərinə görə, işəgötürənləri öz işçilərinə pulsuz yemək verməyə məcbur etmək də çətindir: “İşəgötürənlər təklif edirlər ki, işçilərin yemək pulu xərci müəssisələrdə istehsal olunan məhsulların və ya göstərilən xidmətlərin maya dəyərinə daxil edilsin. Dövlət isə deyir ki, bütün vergiləri ödə, bundan sonra özünə nə qalırsa, həmin vəsaitdən pulsuz yeməyə ayır. Yəni ki, işəgötürən həm Dövlət Sosial Müdafiə Fonduna hər işçinin məvacibinin 22 faizi həcmində məcburi ödənişi, həm vergiləri ödəsin, həm də öz gəlirindən işçilərə yemək versin. Ona görə də əksər işəgötürənlər bu addımı atmırlar. Hazırda bəzi zavod və fabriklərdə işçilərə pulsuz yemək verilir. Ancaq onların sayı çox azdır. Hesab edirəm ki, ölkədə fəaliyyət göstərən müəssisələrin gəliri artdıqca, onlar bu addımı atacaqlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR