Bank Of Baku

Milli Qeyri-Hökumət Təşkilatları Forumu Milli Məclisə dörd qanun layihəsi təqdim edib

Milli Qeyri-Hökumət Təşkilatları Forumu Milli Məclisə dörd qanun layihəsi təqdim edib
# 28 iyun 2007 13:38 (UTC +04:00)
Milli Qeyri-Hökumət Təşkilatları (QHT) Forumunun prezidenti, Milli Məclisin deputatı Azay Quliyev Azərbaycanda QHT fəaliyyətinin daha çevik, dəqiq və səmərəli tənzimlənməsinə yönələn dörd qanun layihəsini Milli Məclisə təqdim edib. Milli QHT Forumundan APA-ya verilən məlumata görə, bunlar “İctimai birliklər haqqında” mövcud qanunvericiliyə bir sıra əlavə və dəyişiklikləri nəzərdə tutan qanun layihəsi, “Fondlar haqqında”, “Xeyriyyəçilik fəaliyyəti haqqında” və “Könüllülük fəaliyyəti haqqında” yeni qanun layihələridir. Layihələr qurumun ekspertləri tərəfindən Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin dəstəyi ilə hazırlanıb. Ekspertlərin fikrincə, qanun layihələrinin qəbul edilməsi ölkədə QHT fəaliyyətinin ayrı-ayrı sahələrinə aid qanunvericilik bazasının boşluqlarını aradan qaldırmağa və bununla da ictimai sektoru daha mükəmməl formalaşdırmağa imkan verəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR